İsrail ABŞ Konqresinin iki üzvünün ölkəyə girişinə qadağa qoyub.
Unikal.org-un “Reuters”-ə istinadən verdiyi xəbərə görə, bu barədə İsrail xarici işlər nazirinin müavini Tsipi Hotoveli bildirib.
Nazir müavini ABŞ Konqresində Demokratlar Partiyasının təmsilçiləri olan İlhan Ömər və Rəşidə Tlaibin İsrailə girişinə icazə verilməməsi barədə qərarın qəbul edildiyini deyib.
Qeyd edək ki, İlhan Ömər və Rəşidə Tlaib ABŞ tarixində Konqresə seçilən ilk müsəlman qadınlardır.