ABŞ-ın Miçiqan əyalətində 1985-ci ildə qəsdən yanğın çıxararaq həyat yoldaşı və iki qızının ölmünə səbəb olmaqda ittiham olunan Devid Qavitin 26 il sonra günahsız olduğu üzə çıxıb.
Unikal.org xəbər verir ki, Qavit həbsdən çıxdıqdan sonra ona 1,3 milyon dolar kompensasiya ödənməsinə qərar verilib.
Vəkil Dana Nessel verdiyi açıqlamada 61 yaşlı Devid Qavitin 1986-2012-ci illərdə günahsız yerə həbs yatdığını, bu səbəbdən ona kompensasiya ödəniləcəyini deyib.
Məlumatda bildirilir ki, Qavitin həyat yoldaşı və iki qızı 1985-ci ildə Ioniadakı evlərində çıxan yanğında həyatını itirib. hadisə zamanı yaralanan Qavit həftələrlə xəstəxanada müalicə alıb.
Qavit ifadəsində həyat yoldaşının və özünün siqaret çəkdiyini və yanğının qəza nəticəsind ortaya çıxdığını deyib. Ancaq onun bu ifadəsi qəbil edilməyib və ailəsini öldürməkdə ittiham edilərək həbs olunub.