Filippindəki ticarət mərkəzinin birində qadın tualetinə girməyə çalışan transgender şəxsin kişi cinsiyyət orqanlarına sahib olduğu üçün ona icazə verilməyib.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, Quezon şəhərində yaşayan 28 yaşlı Gretchen Custodio Diez ticarət mərkəzinin tualetinə girmək istəyərkən başına gələnləri görüb, təəccüblənib.

Təmizlik işçiləri ona cinsi orqanı olduğuna görə qadın tualetinə girə bilməyəcəyini deyiblər. Hadisə yerinə çağırılan polis qarşılaşdığı vəziyyəti qəbul etməyən şəxsi həbs ediblər.

Onun cinayətkar kimi saxlanması isə alış-verişə gələnlərin etirazına səbəb olub. Diezin tualetə girməsinin qarşısını alan təmizlik heyəti, transgender şəxsdən üzr istəyib.

Üzr məktubunda qeyd edilir:

“Bu üzr istəməsi ilə ümid edirəm ki, mənə ikinci bir şans verəcəksən. Mən sadəcə bir insanam. Onu incitmək fikrim yox idi. LGBT hüquqları üzərində işləmək istəyirəm. Hamısı budur. Üzr istəyirəm."