İmişli rayonunda uşaq kanalda boğulub.
Unikal.org report-a istinadən xəbər verir ki, hadisə bu gün saat 16:00 radələrində İmişli rayonu Cəfərli kəndi ərazisində yerləşən şor su kollektorunda baş verib.
2011-ci il təvəllüdlü Tağıyev Əli Faiq oğlu su kollektorunun üzərindəki taxta körpüdən keçərkən yıxılaraq suya düşüb və batıb. Uşağın meyiti saat 19:00 radələrində kənd sakinləri tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Fakt araşdırılır.