“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin rəhbəri Rauf Vəliyev Xəzər Dəniz Neft Donanmasının Rəisin birinci müavini vəzifəsinə yeni təyinat edib.

Unikal.org-a QSC-dən verilən məlumata görə, Rauf Vəliyevin müvafiq əmri ilə, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO)  Xəzər Dəniz Neft Donanması rəisinin birinci müavini vəzifəsinə Məqsəd Fərhadovu təyin olunub. 

Qeyd edək ki, Məqsəd Fərhadov 1979-cu ildə doğulub. 10 il kapitan vəzifəsində çalışdıqdan sonra 2017-ci ildə XDND-nin İstismar xidmətinin rəisi vəzifəsinə yüksəlib. 2019-cu ildə isə Xəzər Dəniz Neft Donanmasının Rəisin birinci müavini vəzifəsinə təyin edilib. Azərbaycan Dövlət Dəniz Akademiyasının məzunu kimi böyük həcmli gəmidə ən gənc (28 yaşında) kapitan olub.

Famil Fərhadoğlu