Azərbaycanda müalicә-profilaktika müәssisәlәrindә qeydiyyatda olan vərəm xəstələrinin sayı azalıb.
Unikal.org trend-ə istinadən məlumatına görə, 2018-ci ildə Azərbaycanda müalicә-profilaktika müәssisәlәrindә qeydiyyatda olan vərəm xəstələrin sayı 8 684 (residiv halları istisna olmaqla) olub.
Bu say 2017-ci ildə 9 743, 2015-cı ildə -cı ildə 9 695, 2010-cu ildə 12 469, 2005-ci ildə 5 320 olub.
2018-ci ildə ölkədə 3 762 nəfərə ilk dәfә vərəm diaqnozu qoyulub ki, bu say da 2005-ci ildə 3 666 olub.
2005-ci ildə əhalinin hәr 100 000 nәfәrinә düşən ilk dәfә vərəm diaqnozu qoyulmuş insanların sayı 43,7 nəfər olduğu halda, 2018-ci ildə bu say 38,3-ə enib.
Xəstələrin çoxuna ağciyər vərəmi diaqnozu qoyulub.
Ötən il 2 859 nəfərə ilk dəfə ağciyər vərəmi, 466 nəfərə vərəmli plevrit, 157 nəfərə sümük və oynaqların vərəmi diaqnozu təyin edilib.
Azərbaycanda vərəm xəstələrinin sayı açıqlandı

21:12 10-09-2019
CƏMİYYƏT
Digər Xəbərlər
2025-09-09 01:32:29

2025-09-09 01:25:58

2025-09-08 22:20:31

2025-09-08 22:04:51

2025-09-08 20:59:34

2025-09-08 19:10:13

2025-09-08 18:42:15

2025-09-08 18:24:35

2025-09-08 18:06:15
2025-09-08 17:55:00

2025-09-08 17:24:00

2025-09-08 17:06:09

2025-09-08 17:00:00

2025-09-08 16:41:00

2025-09-08 16:40:00

2025-09-08 16:25:59

2025-09-08 16:22:00

2025-09-08 16:15:36

2025-09-08 15:27:54
