Bakı-Sumqayıt yolunun “Şamaxinka” deyilən əraziyə girişdə avtonəqliyyat vasitələrinin hərəkətində süni maneəçilik yaradılır.
Unikal.org-un məlumatına görə, Şamaxinka adlanan yerdə (20 yanvar dairəsi istiqamətində) avtobus dayanacaq məntəqəsinin ərazisi meyvə-tərəvəz satılan zonaya çevrilib.
Nəticədə avtobuslar dayanacaq məntəqəsinə daxil ola bilmirlər.
Bu isə sərnişinlərin avtobusdan istifadəsi zamanı cidi təhlükə ilə üz-üzə qalması deməkdir.
Eyni zamanda avtobuslar məcbur yolun ortasında saxlayır ki, bu da öz növbəsində nəqliyyat axınına maneə yaradır.