İtaliyanın “Sassuolo” klubunun sahibi Corcio Skuintsi vəfat edib.

Unikal.org xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb. Uzun zamandır xəstəlikdən əziyyət çəkən Skuintsi 76 yaşında vəfat edib.

Skuintsi 2002-ci ildən “Sassuolo”nun sahibi idi. Onun dönəmində klub tarixində ilk dəfə olaraq – 2015/16 mövsümündə Avropa Liqasına vəsiqə qazanmışdı.

“Sassuolo” hazırda A Seriyasında 6 turdan sonra 6 xalla 13-cü sırada qərarlaşıb.