Bu gün Avropa Liqasında qrup mərhələsinin 2-ci turunun oyunları keçiriləcək.

Unikal.org xəbər verir ki, Azərbaycan təmsilçisi “Qarabağ” da növbəti oyununa çıxacaq. “Köhlən atlar” səfərdə Lüksemburqun “Düdelanj” klubunun qonağı olacaq. “Josi Bartel” stadionunda keçiriləcək görüş saat 23:00-da start götürəcək.

Qrupun digər oyununda “Sevilya” APOEL-i qəbul edəcək.

“Qarabağ” ilk turda “Sevilya”ya məğlub olub (0:3), “Düdelanj” isə səfərdə APOEL-ə qalib gəlib (4:3).

Avropa Liqası, qrup mərhələsi, 2-ci tur

3 oktyabr

A qrupu

23:00 Düdelanj (Lüksemburq) – Qarabağ
Baş hakim: Con Biton (Şotlandiya)

23:00 Sevilya (İspaniya) – APOEL (Kipr)