Cəlilabad rayonunda narkotik maddə qəbul edən 46 yaşlı kişi ölüb
Unikal.org report-a istinadən xəbər verir ki, Cəlilabad şəhərinin İ.Şıxlı küçəsindəki yarımtikilinin kənarında kişi meyiti aşkar edilib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.
Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Cəlilabad rayon şöbəsinə yerləşdirilib.
Məlum olub ki,1973-cü il təvəllüdlü Mehman Zeynalov yarımtikilidə yüksək dozalı narkotik maddə qəbul edərək ölüb. Onun meyiti bir gündən sonra yarımtikilinin kənarında aşkar olunub.
Fakla bağlı Cəlilabad rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.