İngiltərənin “Tottenhem” klubunun baş məşqçisi Maurisio Poçettino komandanın vəziyyəti ilə bağlı açıqlama verib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, 47 yaşlı mütəxəssis, uğursuz nəticələrə baxmayaraq, klub rəhbərliyinin ona dəstək olduğunu bildirib:
“Prezidentimiz Daniel Levi ilə yaxşı münasibətimiz var və o, mənə çox dəstək olur. İndiki halda belə dəstəyin olması çox yaxşı haldır. Hər zaman deyirdim ki, onu iş vəzifələrindən əlavə, dost hesab edirəm. Futbol dram deyil, ehtirasdır. Futbolu emosiyalardan ayıra bilmərik.
Hər kəs son nəticələrdən danışır. Maksimum nəticə əldə etmək üçün məğlubiyyətlərimizdən dərs almalıyıq. Bunların hamısı öz üstünlüklərimizə sahib olduğumuzu tanıtmaqdan başlayır”.
Premyer Liqada keçirdiyi 8 turdan sonra 11 xal toplayan “Tottenhem” turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.