Cinsiyyətinin dəyişərərək qadın olan, "instagram" və "youtube" fenomeni kimi tanınan Selin Ciğerçi nişanlanıb.

Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, o 2 ildir sevgili olduğu  utbolçu Gökhan Çira ilə nişanlanıb. Nişan mərasimindən görüntülər S.Ciğerci özü sosial şəbəkədə paylaşıb və bu sözləri yazıb:

"Həyatda heç nə imkansız deyil. Hər zaman dua etdim və Allahdan istədim. Bu günləri görməyi xəyal etdim, nəsib oldu. Ağlamamaq üçün özümü güclə saxlayıram". 

Cütlüyün nişan görüntüləri geniş müzakirələrə səbəb olub. Onların toyunun bu il olacağı deyilir.

Qeyd edək ki, Gökhan Çira "Qalatasaray"ın yetirməsidir. O, İstanbul klubunun U-19 və U-21 komandalarınada oynayıb. Sonradan "Bəylərbəyi" və "Diyarbəkirspor"da forma geyinən 23 yaşlı forvard hazırda "Tuzlaspor"da çıxış edir.

Nişanda bəyin ata və anası ilə yanaşı yaxınları da iştirak edib. 

Xatırladaq ki, bir müddət öncə sevgilisinə görə kafedə bir qadınla mübahisə etmişdi. S.Ciğerci sevgilisinə sosial şəbəkədən mesajlar yazdığını demişdi.