Rusiyanın Sankt-Peterburq şəhərində 41 yaşlı qadın vəhşicəsinə törədilən qətldə şübhəli bilinərək tutulub.

Unikal.org Rusiya KİV-nə istinadən xəbər verir ki, qadın 39 yaşlı şəhər sakininin qətlində şübhəli bilinir.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, hadisə  29 mart 2019-cu il tarixində törədilsə də cinayətin üstü indi açılıb.  Məlumata görə, 41 yaşlı qadın qonşusunu mişarla öldürərək parçalayıb.  

Öldürülən şəxsin meyiti doğranaraq qalıqları 5 kisəyə yığılıb. Kisələr evin yaxınlığındakı zibillikdən tapılıb. Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsi ilə cinayət işi açılıb. 

İşsiz qadının qonşusunu tamah məqsədilə öldürdüyü ehtimal edilir.