2019-cu ildə Rusiyada 39 terror aktının qarşısı alınıb.
Unikal.org xəbər verir ki, bunu Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) direktoru Aleksandr Bortnikov bildirib.
"32 terrorçu neytrallaşdırılıb, 679 yaraqlı saxlanılıb, 22 nəfər isə terror fəaliyyətindən imtinaya meylləndirilib", - deyə Bortnikov Soçidə xüsusix idmət orqanlarının rəhbərləri ilə görüşü zamanı qeyd edib.
FTX direktoru əlavə edib ki, ölkə ərazisində 49 terror qrupunun fəaliyyəti dayandırılıb, terrorçularla əlaqədə şübhəli bilinən 5,5 min şəxsin hesabları blok edilib.