Xəbər veridiyimiz kimi, Donald Trampın Rəcəb Tayyib Ərdoğana yazdığı 9 oktyabr 2019 tarixli qalmaqallı məktubu üzə çıxıb.
Unikal.org xəbər verir ki, Donald Trampın Ərdoğana yazdığı YPG ilə müzakirə məktubuna beynəlxalq arenada ilk reaksiya Rusiyadan gəlib. Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlama verib:
"Bu tipli ifadələrə dövlət liderlərinin yazışmalarında demək olar ki, rast gəlinməyib. Heç vərdiş olunmayan növdə bir məktubdur"
İddiaya görə, Tramp məktubunda Ərdoğanın PKK terror təşkilatının Suriya qolu olan PYD-YPG-nin silahlı birləşmələrinin başında dayanan terrorçu Fərhat Abdi Şahin ilə müzakirə masasına oturmasını istəyib. Məktubda deyilir:
"Gəl yaxşı razılaşma etməyə çalışaq. Siz minlərlə insanın ölümündən məsul olmaq, mən də türk iqtisadiyyatını yox etmək istəmərəm. Edə bilərəm. Bu sahədə edə biləcəklərimin kiçik bir nümunəsini rahib Bransonun məsələsi zamanı ortaya qoymuşdum.
Sizin problemlərinizi həll etmək üçün çox çalışıram. Dünyanı məyus etməyin. Yaxşı anlaşma edə bilərsiniz. General Mazlum (Şahin Cilo adlı PKK-lı) sizinlə müzakirələrə qatılmaq istəyir. Yeni əlimə keçən, sizə xitab etdiyi məktubu da göndərirəm.
Əgər bunu doğru şəkildə edə bilsəniz tarix də sizə müsbət yanaşacaq. Əgər yaxşı şeylər olmasa sizi sonsuza kimi şeytan olaraq görəcəklr. Qatı adam olmayın".