“Avropaya qapıları açarıq dediyimiz zaman, bizimlə münasibətləri pozulur. Amma bizdə 4 milyon suriyalı var. 100 min qaçqını da siz qarşılayın və nə qədər ağır bir məsələdir, görün. Pulunuz var, güclüsünüz, halbuki 100 qaçqına dözə bilmirsiz”.
Unikal.org xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bugünkü çıxışında deyib. Onun sözlərinə görə, suriyalı qaçqınların Avropaya keçidi üçün sərhədlərin açılması hər an mümkün ola bilər: “Ruandada bir milyon insan öldürüb, sonra Türkiyəyə insanlıq dərsi keçmək yalnız təssüf doğurur. Dünən Avropa Parlamenti Suriya ərazisində qadağan olunmuş müharibə təyyarələri mövzusunu gündəmə gətirib. Halbuki biz bu təklifi zamanında edəndə, kimsə bu təklifə baxmamışdı. Avropa İttifaqının sonu belə səmimiyyətsizliyi üzündən gələcək. "Brexit" məsələsi də boşuna meydana çıxmadı. Siz ikiüzlülük edərsiniz, biz də qapıları açarıq”.
Ərdoğan bildirib ki, bəzi ölkələrin Türkiyənin kürdlərə savaş açması haqqında ittihamı kökündən yanlışdır: “Kürdlər qardaşımızdır, biz terrorçularla mübarizə aparırq. Kürdləri terrorçu kimi qələmə vermək kökündən yanlış bir şeydir”.
Türkiyə Prezidenti terrorçularla danışıqlara gedən ölkələri də qınayıb: “Siz nə vaxtdan terrorçulara dəstək verən oldunuz, bizim xəbərimiz olmadı?
YPG-nin, PYD-nin İŞİD-dən bir fərqini gördüyünüz halda, YPG/PYD-ə dəstəyinizin qarşılığını vaxt gələr ödəyərsiniz”.
Türkiyənin öz planından geri çəkilmək niyyətinin olmadığını deyən R.T.Ərdoğan ölkəsinin sərhədləri boyunca hərəkət etməsi üçün kimsədən izn almağa borclu olmadığını vurulayıb: “Suriya böhranı başladığı gündən bəri bir tərəfdən həyati təhlükə yaşayan suriyalılara ev sahibliyi edib dəstək verərkən, digər tərəfdən, sərhədlərimizin təhlükəsizliyi qayğısına qaldıq. Bəs terrorla mübarizə üçün beynəlxalq tədbirləri nədən edirik? Baxdıq ki, özümüz deyib, özümüz eşidirik, ona görə də fəaliyyətə başladıq”.
R.T.Ərdoğan deyib ki, hazırda Suriya ərazisində 480 kvadrat kilometr təhlükəsiz sahənın 120 kvadrat kılometri birbaşa Türkiyənin nəzarətindədir, qalan əirazinin isə Rusiya ilə birgə nəzarətdə saxlanması razılaşdırılıb.
O, ABŞ-la razılaşdırılmış ərazilərdə terrorçuların olmaması haqqında Amerikadan alınan rəsmi, yazılı bilidirşdən sonra Türkiyənin bu ərazilərdə terrorçulara rast gələcəyi halda, məhv etmək haqqına sahib olduğunu da qeyd edib.