Türkiyənin Adana vilayətində xüsusi əməliyyat keçirilib.
Unikal.org xəbər verir ki, əməliyyat zamanı İŞİD terror təşkilatının 10 üzvü saxlanılıb.
Araşdırma zamanı saxlanılan şəxslərin Suriya və İraq ərazisində fəaliyyət göstərən silahlı dəstələrin tərkibində olduqları müəyyən edilib.
Saxlanılan şəxslərin vətəndaşlığı açıqlanmır. Xüsusi əməliyyat zamanı onların silahlı müqavimət göstərdiyi bildirilib.