Kiprdə məhkəmə iki rusiyalı turisti iki ay müddətinə azadlıqdan məhrum edib.

Unikal.org  qafqazinfo-ya istinadən xəbər verir ki, buna səbəb onların avtobus sürücüsü ilə aralarında yaşanan münaqişə olub.

Agentliyin məlumatına görə, avtobusda olan ana və iki oğlu sürücüyə xırda pulla ödəniş etmək istədikdə, sonuncu bundan imtina edib. Bundan sonra konflikt yaşanıb. Sürücü onların üstünə qışqırmağa, turistlər isə bütün baş verənləri telefona çəkməyə başlayıb. Smartfonu onların əlindən almaq istəyən sürücü ananı vurub. Telefonunu geri qaytarmaq istəyən turistlərdən biri isə sürücünü burnuna bərk zərbə endirib.

Məhkəmə sənədlərində deyilir ki, məhz turistlər sürücünü döyüb və təhqir edib.