İsrail səfirlikləri, İranın yəhudi dövlətinə qarşı hərbi zərbələr endirmək niyyəti ilə əlaqədar artan narahatlıqlar fonunda təhlükəsizlik tədbirlərini gücləndirib.

Unikal.org  xəbər verir ki, bu barədə "Times of Israel" xəbər yayıb.

Məlumatda bildirilir ki, Tehran keçən ay Səudiyyə Ərəbistanındakı neft obyektlərinə edilən hücumdan ruhlanıb və İsrail hədəflərinə zərbələr hazırlayır.

Məlumatda vurğulanıb ki, bir neçə diplomatik nümayəndəliyə müəyyən təhlükəsizlik tədbirləri görmək tapşırılmışdı və onlarda artıq yüksək hazırlıq işləri görülüb.

“Times of Israel” bir daha xüsusi vurğulayır ki, son həftələrdə İsrail liderləri İrandan getdikcə artan təhlükə barədə xəbərdarlıq edirlər.