Tehran İraqdakı kütləvi etirazların İrana sıçraması qorxusundan qorxaraq İraqa bütün ziyarət səfərlərini dayandırmağa qərar verib.
Unikal.org xəbər verir ki, bu barədə qərar Tehranın İraqla sərhədi bağladıqdan sonra qəbul edilib.
Məlumata görə, İranın Xarici İşlər Nazirliyi də bəyanat yayaraq, iranlıları İraqa getməməyə çağırıb.
“Bizim üçün əsas prioritet zəvvarların təhlükəsizliyinin təmin edilməsidir; bu səbəblə və Ərbəin ziyarətindən bir neçə gün sonra və İraqdakı mövcud vəziyyəti nəzərə alaraq, biz öz əməkdaşlarımızı müqəddəs ziyarət məkanlarına göndərmirik və İraqdakı bütün iranlı əməkdaşlar ölkəyə qayıdıb”, - deyə nazir vurğulayıb.
Hazırda zəvvarların İraqa səfəri üçün lazımi təhlükəsizlik şəraiti mövcud deyil, Həcc və Ziyarət Təşkilatı bütün həcc karvanlarının müqəddəs ziyarət məkanlarına səfərlərinin bu haqda məlumat verilənədək dayandırılması ilə bağlı göstəriş verib və ötən həftənin sonları rəsmi məktubla, ziyarət karvanlarının İraqın müqəddəs ziyarətgahlarına səfərlərinin ləğvinə çağırıb.
İrandan İraqa səfərlər dayandırıldı
20:51 04-11-2019
DÜNYA
Digər Xəbərlər
2024-11-17 15:02:07
2024-11-17 12:26:37
2024-11-17 10:43:29
2024-11-17 10:39:37
2024-11-17 10:08:18
2024-11-17 09:50:34
2024-11-17 09:40:13
2024-11-17 09:06:33
2024-11-17 08:49:13
2024-11-17 08:38:28
2024-11-17 08:28:13
2024-11-16 22:33:51
2024-11-16 19:41:17
2024-11-16 17:53:39
2024-11-16 17:27:00
2024-11-16 16:58:08
2024-11-16 15:46:00
2024-11-16 15:32:05
2024-11-16 14:54:07
2024-11-16 14:23:00