Salyan rayon sakinində sənədləri olmayan ov tüfəngi aşkar edilib.
Bu barədə Unikal.org-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, Salyan Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilən məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Xalac kənd sakini M.Abıyevin evindən müvafiq sənədləri olmayan “TOZ-B” markalı ov tüfəngi aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.