Nyu-Yorkda baş verən dəhşətli qətl hadisəsi polisləri də şoka salıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, 47 yaşlı Yonatan Tedla adlı kişi həyat yoldaşını və azyaşlı qızını vəhşicəsinə qətlə yetirib.
Qonşular evdən gələn səs-küyü eşidib polisə məlumat verib. Hadisə yerinə gələn polislər kişini yataq otağında asılı vəziyyətdə tapıblar. Bildirilir ki, Yonatan həyat yoldaşının başını bədənindən ayırıb, qucağına qoyub. O 5 yaşlı qızı Abayne Şleftin də boğazını kəsib və daha sonra intihar edib. 42 yaşlı həyat yoldaşı Cenifer Şleftin cəsədi tualetdə, azyaşlı qızının xəsədi isə digər otaqda tapılıb.
Qadının atası mətbuata açıqlama verən zaman məyus olduğunu bildirib və kürəkəninin Cenifer Şlefti dəfələrlə təhdid etdiyini dilə gətirib.
Onun dediyinə görə, kürəkəninin bu hadisəni törətməsinə səbəb qızı Cenifer Şleftin ondan boşanmaq istəməsidir.
Qonşular isə cütlüyün ətrafda yaxşı ailə təəssüratı bağışladıqlarını bildiriblər.
Qeyd edək ki, başı kəsilən qadın ailə münaqişələrində gənc qızlara dəstək olan təşkilatlardan birinin işçisi olub.