Avropa İttifaqı iqlimin qorunması üçün 1 trilyon avro ayıracaq.
Unikal.org xəbər verir ki, bu açıqlamanı Berlində Avropa Komissiyasının yeni rəhbəri, Almaniyanın keçmiş müdafiə naziri Ursula von der Leyen söyləyib.
Ursula von der Leyenə görə, Avropa Birliyi 2050-ci ilə qədər iqlim dəyişiklərini zəiflətmək üçün bu məbləğ növbəti 10 il ərzində ayrılacaqdır.
Qeyd edək ki, Avropa Komissiyası 2018-ci ilin Noyabr ayında tullantıların azaldılması üçün uzunmüddətli strateji konsepsiya təqdim edib.