Əfqanıstanda helikopterin qəzaya uğraması nəticəsində 2 ABŞ hərbçisi ölüb.
Unikal.org RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə NATO-nun Əfqanıstandakı "Qətiyyətli dəstək" missiyası məlumat yayıb.
Bəyanatda qeyd olunur ki, qəzanın dəqiq səbəbləri istintaqdan sonra müəyyən ediləcək, lakin ilkin hesabata görə, helikopterin qəzaya uğramasına "düşmən atəşi"nin səbəb olması barədə heç bir dəlil yoxdur.