Məşhur Amerikalı model Eşli Qraham yenidən gündəmə gəlib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, ötən aylarda 9 ildir evli olduğu həyat yoldaşı ilə dünyaya gələcək övladını gözlədiyini bildirən model diqqətləri üzərinə çəkib.

Hamiləliyinin son aylarında olan 32 yaşlı model həyat yoldaşına çılpaq poz verdiyi fotoları izləyiciləri ilə paylaşıb.