Bosniya və Herseqovina yığmasının baş məşqçisi müəyyənləşib.

Unikal.org xəbər verir ki, Robert Prosineçkinin istefasından sonra boş qalan posta Duşan Bajeviç gətirilib. Onun təyinatı yanvarda təşkil olunacaq mətbuat konfransında rəsmiləşəcək.

Uzun illər Yuqoslaviya yığmasının formasını geyinmiş 71 yaşlı Bajeviç Yunanıstanda AEK və PAOK kimi klublarda çalışıb.