Braziliyada sahibsiz buraxılan pitbull cinsindən olan it bir uşağa hücum edib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Rio-da-Janeyro şəhərində baş verən hadisədə gənc adam uşağı itdən güclə qurtarıb bir avtomobilin tavanına qoyub. Özü də maşının tavanına çıxan adam itdən qurtulmağı bacarıb. Həmin anlar təhlükəsizlik kamerası ilə lentə alınıb.