Misirli futbolçu Məhəmməd Salahın sosial şəbəkələrdə paylaşdığı şəkil azarkeşlər arasında birmənalı qarşılanmayıb.
Unikal.org xarici KİV-ə istinadən məlumat verir, müsəlman futbolçunun evində Milad ağacını bəzəməsi və şəkil çəkərək paylaşması fanatları tərəfindən tənqid olunub.
Sosial şəbəkələrdə “Bu haramdır”, “Dinin qaydalarını pozma!” “Adının mənasını unutma!” şərhləri ilə üzləşən futbolçuya dəstək olanlar da az olmayıb.
Qeyd edək ki, “Liverpulun” misirli ulduzu səkkiz ildən çoxdur Avropa klublarının heyətində top qovur.