Fransa xalqının simvolu olan “Paris Notr-Dam” kilsəsinin dam örtüyü müvəqqəti tikinti qurğuları səbəbindən çökə bilər.
Unikal.org xarici KİV-ə istinadən məlumat verir ki, məbədin baş keşişi binanın çox kövrək olduğunu bildirib. Baş keşiş tarixi və dini abidənin tamamilə bərpa olunmayacağını düşünür.
Qeyd edək ki, Paris şəhərinin mərkəzində yerləşən memarlıq abidəsi baş verən yanğın nəticəsindən sonra yararsız hala düşüb.
Gülayə Mecid