Qazaxıstanın "Bek Air" şirkətinə məxsus, 95 sərnişinin və 5 heyət üzvünün olduğu təyyarə Alma-Atı hava limanı yaxınlığında qəzaya uğrayıb.

Unikal.org TASS-a istinadən xəbər verir ki, bu barədə hava limanının "Facebook"dakı səhifəsində bildirilir.

"Bu gün "Bek Air" aviaşirkətinin Alma Atı-Nur Sultan reysi ilə uçan sərnişin təyyarəsi saat 7:05-də (Bakı vaxtı ilə saat 5:05) radarlardan itib. Layner qısa müddət sonra hündürlük məsafəsini itirib və beton səddin üstündən keçərək ikimərtəbəli binaya çırpılıb.

95 sərnişin, 5 ekipaj üzvü olan təyyarədə ölənlərin sayı artaraq 14 nəfər olub. 35 nəfər isə yaralanıb.