ABŞ-da qida tədarükü şirkətinlərindən birinin sürücüsü olan Türkiyə vətəndaşı yemək almaq üçün girdiyi restoranda soyğunçular tərəfindən güllələnib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Virciniya ştatında baş verib. Məlumata görə, 2 maskalı şəxs restorana girərək 23 nəfərin pul qablarını və telefonlarını oğurlayıb. Çıxışda qarşılaşdıqları 56 yaşlı Türkiyə əsilli sürcünü güllələyiblər. Xəstəxanaya aparılan sürücünü xilas etmək mümkün olmayıb.
Cinayətkarları tapana 10 min dollar (17 min manat) mükafat veriləcəyi bildirilib.