İraqın baş naziri vəzifəsinin səlahiyyətlərini icra edən Adil Əbdül Mehdi ABŞ-ın hava zərbəsi nəticəsində iranlı general Qasım Süleymaninin həlak olması ilə əlaqədar ölkədə 3 günlük matəm elan edib.

Unikal.org RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə İraq hökumətinin “Twitter”dəki səhifəsində bildirilir.

Qeyd edilir ki, matəm bu gün elan olunub.