İranın Əhvaz şəhərində ABŞ hərbi qüvvələrinin öldürdüyü İslam İnqilabı Keşikçilәr Korpusunun (SEPAH) “Əl Qüds” xüsusi təyinatlı qüvvələrinin komandanı, general Qasım Süleymani ilə vida mərasimi başlayıb.

Unikal.org İSNA-ya istinadən xəbər verir ki, artıq generalın cənazəsi İrana gətirilib. Onunla vida mərasimi daha sonra Məşhəd şəhərində, sabah isə paytaxt Tehranda keçiriləcək. 

Yanvarın 7-də isə general doğulduğu Kirman əyalətində dəfn ediləcək.