NATO-nun baş katibi Cens Stoltenberq İranın bu gecə ABŞ-ın İraqda yerləşən “Əl-Əsəd” hərbi bazasını raketlə vurmasını pisləyib.
Unikal.org xəbər verir ki, bu barədə Cens Stoltenberq açıqlama yayıb. NATO rəsmisinin açıqlamasında deyilir: "İranın ABŞ və İraqdakı koalisiya qüvvələrinə yönəlik raket hücumlarını pisləyirəm. NATO İranı zorakılığı dayandırmağa çağırır".