ABŞ Konqresinin Nümayəndələr Palatası İranla hərbi əməliyyatların aparılması ilə bağlı Prezident Donald Trampın səlahiyyətlərini azaldan qətnaməni qəbul edib.
Unikal.org-un məlumatına görə, qətnamənin lehinə 224 deputat, əleyhinə isə 194 deputat səs verib.
Bununla belə, qəbul edilən qətnamə qanun xarakteri daşımır və Senat tərəfindən qəbul edilsə, prezidentə imzalanmaq üçün göndərilməyəcək.
Qətnamə yaxın müddətdə Konqresin yuxarı palatası olan Senatda müzakirəyə çıxarılacaq.