Qətərin paytaxtı Dohada 2022 FIFA Dünya Kuboku hazırlıqlarında inşa edilən metronun ilk mərhələsi istifadəyə verilib.
Unikal.org məlumat verir ki, 6 ildir inşası davam edən metronun qırmızı xətti 8 May tarixindən etibarən vətəndaşların istifadəsinə verilib.
Belə ki, metro şəbəkəsinin inşası tamamlandıqda 300 km uzunluğa və 100 stansiyaya çatacağı bildirilir. Maraqlısı ondadır ki, qatarların içi görənləri valeh edir. Metro lüks oturacaqları və texnologiyası ilə seçilir.
Qeyd edək ki, Qətərin ən böyük infrastruktur layihələrindən biri olan Metro, Dünya Kuboku üçün ilk metro xüsusiyyətini daşıyır.
Gülayə Mecid