Qazaxıstanda iki azyaşlı uşaq ölümlə üz-üzə qalarkən tapılıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, mənfi 12 dərəcə şaxtalı havada yoldan keçən insanlardan yemək istəyərkən tapılan uşaqların ögey ataları tərəfindən işgəncəyə məruz qaldıqları müəyyən edilib. Azyaşlılardan biri 9 yaşında oğlan, digəri isə 18 aylıq qız uşağı olub. Onların bədənlərinin müxtəlif nahiyələrində siqaret yanığı izləri aşkar edilib. 

Qonşuları tərəfindən xəstəxanaya çatdırılan uşaqların uzun müddət müalicə olunacaqları bildirilib. Onlar analarından yemək istədiklərində evdən qovulduqlarını da qeyd ediblər. 

Uşaqlara işgəncə verən ögey ata isə saxlanılıb.