Sumqayıtda dəm qazından boğulma hadisəsi baş verib.
Unikal.org xəbər verir ki, hadisə şəhərin 20-ci məhəlləsində həyət evlərindən birində qeydə alınıb.
Şəhər sakini 1972-ci il təvəllüdlü Musayeva İradə Mirəli qızı dəm qazından boğularaq ölüb. Mərhumun meyiti aidiyyatı üzrə təhvil verilib.