Fransada yaşayan 21 yaşlı  türkiyəli  gənc qızın məşğul olduğu peşə  hamını təəccübləndirib.

Unikal.org xəbər verir ki,  TIR sürücüsü olan Gülfəm Zəngin bu işin sirrini 19 yaşından öyrənməyə başlayıb. Uşaqlıq arzusunu gərçəkləşdirən gənc qız Avropa  yollarında  öz işini layiqincə yerinə yetirir.

Belə ki,  ətrafdakı insanlardan  fərqli reaksiyalar aldığını söyləyən Gülfəm yol təcrübələrini “Youtube” kanalında və “Instagram” səhifəsində paylaşaraq bu işin heç də çətin olmadığını qeyd edib. 

Gülayə Mecid