Türkiyədə maraqlı hadisə baş verib.

Unikal.org-un məlumatına görə, Dənizlidə bir dükan sahibi “14 Fevral Sevgililər Günü” üçün “çiçəkli” kampaniya hazırlayıb. Maraqlısı budur ki, dükan sahibi “çiçək” əvəzinə gül kələmi hədiyyə edib. 

Belə ki, o dükanın önünə: “O da çiçək, bu da çiçəkdir. 14 fevral  Sevgililər Günü üçün xüsusi gül kələmləri” deyə plakat asıb.  Kampaniyanı görən müştərilər həm gülüb, həm də gül kələmini alıb.

 

Gülayə Mecid