Çinli cütlüklərin 14 fevral sevgililər günündə bir-birilərinə etdikləri hədiyyələr hər kəsin diqqətini cəlb edib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, onlar sevgililərinə artıq gül, şokolad yerinə tibbi maska, diş fırçası, sabun buketi hədiyyə ediblər. Bunun səbəbi bütün dünyanı qorxuya salan koronavirusun yayılmasıdır. Çində insanlar bu virusa yoluxmamaq üçün əllərindən gələni edirlər.