İranın cənubunda 5,9 bal gücündə zəlzələ baş verib.
Unikal.org
xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi seysmoloji mərkəzinin məlumatında deyilir. Zəlzələnin episentri Bəndər-Abbas liman şəhərindən 48 kilometr qərbdə yerləşib.

Zəlzələ ocağı 47 kilometr dərinlikdə olub. Dağıntı və tələfat barədə məlumat yoxdur.