Gürcüstanda 170-dən çox insan koronavirusa yoluxmada şübhəli bilinərək karantində saxlanılır.
Unikal.org xəbər verir ki, bu barədə ölkəni Səhiyyə naziri Yekaterine Tikaradze məlumat verib. Onun sözlərinə görə, rəhbərlik etdiyi nazirlik və aidiyyəti qurumlar koordinasiyalı fəaliyyət göstərirlər.
Qeyd edək ki, Gürcüstanda bu günə qədər koronavirusa üç yoluxma halı təsdiqlənib. Onların vəziyyəti qənaətbəxş hesab olunur.