Çində yeni növ koronavirusdan ölənlərin sayı sutka ərzində 31 nəfər artaraq 2943 nəfərə çatıb, habelə 47,2 min nəfər bu xəstəlikdən sağalıb.

Unikal.org xəbər verir ki, bu barədə Çinin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb. Qeyd olunub ki, sutka ərzində 31 nəfər ölüb, təxminən 2,8 min nəfər xəstəxanadan evə buraxılıb. Yeni növ koronavirusa yoluxanların sayı 80,1 min nəfəri ötüb.

Ölüm hallarının hamısı Xubey əyalətində olub, ondan 24-ü Uxandadır. Xubeydə daha 114 nəfər xəstəliyə yoluxub. Bazar ertəsi əyalətdə 2,4 mindən çox insan xəstəxanalardan evə yazılıb.