Bakıda yarışa çıxaraq avtoxuliqanlıq edən sürücülərin videogörüntüsü sosial şəbəkədə yayılıb.

Unikal.org “avtosfer.az”a istinadən xəbər verir ki, martın 4-ü paytaxtın Heydər Əliyev prospektində hərəkət edən 99-DR-130 qeydiyyat nişanlı "Mercedes" markalı avtomobilin sürücüsü manevr qaydasını pozaraq sol zolaqda hərəkət edən avtomobilə mane olub.

O, daha sonra yüksək sürətlə ziqzaqvari hərəkətlər edərək ərazidən uzaqlaşıb.
Onun ardınca yüksək sürətlə hərəkət edən 90-VO-302 qeydiyyat nişanlı "Niva" markalı avtomobilin sürücüsü yolun sağında dayanan yük avtomobili ilə sol zolaqdakı avtomobilin arasından keçmək istəyərkən toqquşacağını görüb qəfil tormoz verib.

Bu zaman avtomobilin hərəkət trayektoriyası dəyişərək sol zolaqdakı avtomobilin sürücüsünə təhlükə yaradıb. Təhlükəni görən sürücü qəzadan son anda yayına bilib.

"Niva"nın sürücüsü isə heç nə olmamış kimi ərazidən uzaqlaşıb.