Abşeron rayonunda azyaşlının binadan yıxılaraq ölməsi ilə bağlı bədbəxt hadisə baş verib.
Unikal.org-un məlumatına görə, hadisə Abşeron rayonu, Masazır qəsəbəsi, Yeni Bakı yaşayış kompleksində qeydə alınıb.
Belə ki, bina 4, ev 32 ünvanında yaşayan 2013-cü il təvəllüdlü autizm sindromlu Ə.Məmmədov yaşadığı binanın 6-cı mərtəbəsindəki 26 saylı mənzilin yataq otağının pəncərəsindən yıxılaraq ölüb.
Faktla bağlı Abşeron rayon Prokurorluğunda araşdırma aparılır.