Ötən gün daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Unikal.org-a verilən məlumata görə, martın 11-də törədilən 33 cinayətin üstü “isti izlər”lə açılıb.
Əvvəlki dövrlərdən bağlı qalmış 9 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 62 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 43 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 1 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 21 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb.