Gəncə şəhərində "Azərenerji"nin əməkdaşı iş zamanı yaralanıb.
Unikal.org report-a istinadən xəbər verir ki, Gəncə şəhər sakini, 1983-cü il təvəllüdlü İlkin Abbasov elektrik işi görən zaman ehtiyatsızlıqdan naqillər arasında baş vermiş qısaqapanma zamanı yanıq xəsarətləri alıb.
Yaralı xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.