Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Unikal.org-un məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonu, Ramana qəsəbəsində qeydə alınıb.

Belə ki, Ramana qəsəbəsində "Real İnşaat" ticarət mağazasının yaxınlığında Bakı şəhər sakini Yaqubov Anar Ramiz oğlu idarə etdiyi "Mercedes" markalı avtomobillə hərəkətdə olarkən Məmmədov Eldar Heydər oğlunun idarə etdiyi "VAZ 2106" markalı avtomobillə toqquşub.

Hadisə nəticəsində "VAZ 2106" markalı avtomobilin sürücüsü və sərnişin Abbasova Süzənbər İsmayıl qızı xəstəxanaya yerləşdirilib. Lakin qadın xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.