Bakıda oğurluq etrməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən (DİN) Unikal.org-a verilən məlumata görə, Suraxanı Rayon Polios İdarəsinin  32-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində 3 evdən pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini X.Ağayev saxlanılıb. Şəxsi axtarış zamanı ondan metamfetamin aşkar edilərək götürülüb. 

Faktla bağlı araşdırma aparılır.